31.08.2013
Xeberler
<<< Ana sehife
Stadion
Sahesi: 2,3 hektar Tamashaçi tutumu: 3500 nefer Meydança tipi: süni Ölçüleri: 105x68 metr Sifarishçi: “General Constructions” Layihe müellifi: “Dynamic Resorse” (Bolqaristan) Bash podratçi: «Xezer» Genclerin Elmi–Texniki Yaradiciliq Merkezi Ehtiyat meydança: 1 eded Tipi: tebii Tablo: elektron/rengli Ünvani: Zaqatala sheheri, Sülh küçesi, 2. choxfunksiyali stadion Zaqatala sheherinin Qaladüzü erazisinde 2,3 hektar sahede, tam yararsiz veziyyete düshmüsh keçmish sheher stadionunun yerinde tikilmishdir. Stadionun ishçi layihe senedleri “General Constuctions” shirketinin sifarishi ile Bolqaristanin “Dyanamic Resorse” shirketinin mütexessisleri terefinden hazirlanmishdir. İnshaat ishleri bash podratçi Xezer Genclerin Elmi–Texniki Yaradiciliq Merkezi terefinden yerine yetirilmishdir. Yerli ve xarici subpodratçi shirketlerin de ishtirak etdikleri tikinti ishlerine 2006–ci ilde bashlanilmish ve 2008–ci ilin avqustunda basha çatdirilmishdir. Kompleksin tikintisine 10 milyon manat vesait xerclenmishdir. chox da böyük olmayan erazide UEFA–nin teleblerine uyğun olaraq, beynelxalq seviyyeli oyunlarin keçirilmesi üçün 3500 yerlik, o cümleden xüsusi qonaqlar üçün 181 yerlik birterefli tribunalar, ölçüleri 105×68 metr olan süni örtüklü esas oyun, tebii örtüklü meshq meydançalari, müasir ishiqlandirma qurğulari, elektron suvarma sistemleri, drenaj, yüngül atletika üçün qaçish yollari, elektron melumat tablosu, eliller üçün rampa ve sanitariya qovshaği, biletlerin satish kassalari ve yanğinsöndürme mashinlari üçün meydança, 300 kubmetrlik ehtiyat su anbari, nasosxana ve ferdi qazanxana tikilib istifadeye verilmishdir. Kompleksin birinci mertebesi yalniz komandalar, hekimler ve meshqçiler üçün nezerde tutulmushdur. Burada her bir komanda üçün soyunub–geyinme otaqlari, sanitariya qovshaqlari, masaj, hekim otaqlari, dopinq laboratoriyasi ve jurnalistler üçün otaq vardir. İkinci mertebede internet–kafe, bar, xüsusi qonaqlar üçün kafe, üçüncü mertebede ise jurnalistler üçün lojalar, sherhçi otaqlari yerleshir.
| 1
Zaqatala 2014